Leyla Yunusun tərcüməçi şousu məhkəmə prosesini uzatmağa hesablanıb
10 Avqust 2015 20:09 KriminalAvqustun 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində Leyla Yunus və Arif Yunusun məhkəmə prosesi davam etdirilib. Proses başladıqdan sonra məhkəmə iclasında sədrlik edən iş üzrə tərcüməçi Teymur Süleymanovun iclasda iştirak etmədiyini, prosesə tərcüməçi qismində Musa Abbasovun dəvət edilməsini bildirib. L.Yunus yeni tərcüməçinin onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını bildirib, ona etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib M.Abbasovun işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib. Bundan sonra, məhkəmə iclasında sədrlik edən iclasa tərcüməçi qismində Aliyə Cəfərovanın dəvət edilməsini bildirib. L.Yunus yenidən həmin tərcüməçinin də onun sözlərini mükəmməl tərcümə edəcəyinə inanmadığını bildirib ona etiraz edib. Məhkəmə proses iştirakçılarının fikrini dinləyib A.Cəfərovanın işə tərcüməçi qismində buraxılmasına dair etirazı təmin edib və prosesin təxirə salınaraq növbəti iclasın 13 avqust 2015-ci il tarixə, saat 10:00-a təyin olunmasını qərarlaşdırıb. Qeyd etmək yerinə düşər ki, Leyla və Arif Yunusovların bütün hərəkətləri məhkəmə prosesinin mümkün qədər uzadılmasına hesablanıb. Bu məntiqdən çıxış etsək, təbii ki, məhkəmədə tərcüməçilərə etiraz etmək hüquqdan sui-istifadədən başqa bir çey deyil. Əslində bu iki şəxsin Azərbaycana və Azərbaycan dilinə daxili nifrətlərinin olması heç kimə sirr deyil. Azərbaycanın çörəyini yeyib, suyunu içən şəxsin bu dildə danışmasını özünə rəva bilməməsi nankorluqdan başqa bir şey deyil. Məhz məhkəmədəki tərcüməçi problemi Leyla Yunusun Azərbaycan dilinə və ümumiyyətlə Azərbaycana əsl münasibətinin təzahürüdür. Təsadüfi deyil ki, Leyla Yunus özü dəfələrlə etiraf edib ki, Azərbaycan dilində yalnız söyməyi bacarır. Dohaya uçmaq istəyərkən saxlanılan zaman və növbəti gün onun polislərə qarşı davranışı və söyüşləri bunu bir daha sübut edir. Onu da qeyd edək ki, L.Yunus danışdığı dildə ancaq küçə söyüşlərinə üstünlük verir. Çünki onun həyatdan götürdükləri mədəni davranışa imkan vermir. L.Yunus tərcüməçilərə etiraz etməklə əslində məhkəmə prosesini ləngitmək, süni problemlər yaradaraq yerli və xarici ictimaiyyətin diqqətini məhkəməyə cəlb etmək istəyir. Faktlar qarşısında aciz qalan Yunus məhkəməni şouya çevirməklə diqqəti ittihamdan, faktlardan yayındırmaq niyyəti güdür.
Alim