FHN yanğınla bağlı məlumat yaydı
1 Oktyabr 2012 19:31 KriminalFövqəladə Hallar Nazirliyi bu gün Bakıda tikintisi başa çatmamış hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı məlumat yayıb. Bakı şəhəri, Nəsimi rayonunda Tibb Universitetinin tikintisi başa çatmamış 13 mərtəbəli Cərrahi klinika binasının 11-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər divar üzlüyü və taxta qəliblər 330 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdə işləyən 10 nəfər fəhlə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31