Bir neçə nəfərin adına kredit götürdü və həbs edildi

Bir neçə nəfərin adına külli miqdarda kredit götürən şəxslərdən biri saxlanılıb. "Olaylar" DİN-ə istinadən xəbər verir ki, hadisə Astara rayonunda baş verib. Belə ki, 2014-cü ilin avqust ayından dekabr ayınadək olan müddətdə Astara rayonunun Şahağacı kənd sakinləri Ceyhun Əhədov və Elşən Əliyev rayon sakinlərinin etimadını qazanaraq onların adına kredit götürüb. C.Əhədov və E.Əliyev 15 nəfərin - Rəziyyə İslamovanın, Tamara Abbasovanın, Həzrətqulu Əliyevin, Gülbəyim Əliyevanın, Xanımnisə Heydərovanın, Yasəmən Əkbərovanın, Sərfinaz Məmmədovanın, Ruhəngiz Əliyevanın, Tərifə Ərəbovanın, Aliyə Əliyevanın, İlahə İbrahimovanın, Minayə Səfərovanın, Rafiq Rəhimovun və Zəka Əliyevin etimadlarını qazanıb onların adına "Kapital bank"dan və "Respublika bank"dan ümumilikdə 29200 manat və 26600 ABŞ dolları götürüb. Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində C.Əhədov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31