Yanğının evlərə keçməsinin qarşısı alınıb
10 Avqust 2015 17:11 KriminalAbşeron rayonunda vətəndaşa məxsus tikilidə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Abşeron rayonu, Novxanı kəndində transformatorun giriş kabelləri 3 p.m və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan tikilininin dam örtüyünün yanar konstruksiyası yanıb. Tikilinin, transformatorun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31