Gəncədə kafedə yanğın olub

Gəncə şəhəri, Kəpəz rayonunda yeddimərtəbəli yaşayış binasında yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlyumata görə, nəticədə binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 150 kv.m olan kafenin hava təmizləyici qurğusu yanıb. Kafe və mənzillər yanğından mühafizə olunublar. Yanğın saat 11:38-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31