Türkiyənin Şırnaq vilayətində gərginlik davam edir, 5-i polis olmaqla 8 nəfər ölüb
10 Avqust 2015 16:47 KriminalTürkiyənin Şırnaq vilayətinin Silopi rayonunda PKK terrorçularının yola basdırdığı minanın partlaması nəticəsində daha 4 polis şəhid olub. APA-nın xəbərinə görə, onlar bir polisin və 3 mülki şəxsin ölümü ilə nəticələnən hadisələrə müdaxilə etmək üçün əraziyə gedirmiş. İçində polis əməkdaşlarının olduğu zirehli avtomobil minaya düşüb. Bölgədə irimiqyaslı əməliyyata başlanılıb. Hazırda atışma davam edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31