“Şahdağ” Qış-Yay turizm kompleksindən oğurluq edilib

"Şahdağ" Qış-Yay turizm kompleksindən oğurluq edilib. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qusar Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 6-da "Şahdağ" Qış-Yay turizm kompleksinin ərazisindən 420 metr elektrik kabeli oğurlayan rayon sakinləri Əlverdi Hacıverdiyev və Ayaz Sərkərov tutulublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31