Paytaxt Bakəda polis odlu silah gəzdirən şəxsi saxlayıb. "Olaylar"-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi və Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Qulu İsmayılovdan "Makarov" markalı tapança və 6 ədəd patron götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31