Yolu keçən iki piyadanı avtomobil vurub
10 Avqust 2015 16:22 KriminalDİN-dən verilən məlumata görə, avqustun 10-da saat 01 radələrində Göyçay şəhərində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini Validə Əhmədova vurulub. O, hadisə yerində ölüb. Göyçay RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır. Həmçinin Sabunçu rayonunun Ramana qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31