Səhiyyə Nazirliyi: Jurnalistin ölümünün səbəbləri araşdırılır
10 Avqust 2015 14:21 KriminalJurnalist Rasim Əliyevin ölümünün səbəbləri Səhiyyə Nazirliyi tərəfindən araşdırılır. Bunu Trend-ə açıqlamasında Nazirliyin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. Onun sözlərinə görə, jurnalistin ölümünün baş vermə səbəbləri Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin mütəxəssislərinin araşdırmasından sonra bəlli olacaq. Yekun məlumat müayinənin nəticələrindən sonra müəyyənləşəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31