Bakıda yaşayış binasında yanğın olub

Bakı şəhəri, Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə vətəndaşa məxsus ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin 1 otağının tavanı, ev əşyaları 20 kv.m və dəhlizdə paltar şkafı 4 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31