Rusiya vətəndaşının 6 uşağını və həyat yoldaşını qətlə yetirməsi cinayətinə görə iki polis saxlanılıb
7 Avqust 2015 16:29 KriminalRusiya İstintaq Komitəsi Nijni Novqorodda kütləvi qətlə gətirib çıxarmış səhlənkarlıq işi üzrə 5 polis əməkdaşından ikisini saxlayıb. APA-nın Rusiya İstintaq Komitəsinin saytına istinadən verdiyi məlumata görə, müəyyən edilib ki, sahə müvəkkili Vladimir Filimonov və onun rəisi Viktor Miller şübhəli şəxs qismində saxlanılan Oleq Belovun həyat yoldaşının müraciətlərinə 4 dəfə rədd cavabı veriblər. Yaxın zamanlarda istintaq həmin şəxslər barədə həbs qəti-imkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırır. Qeyd edək ki, bir neçə gün bundan öncə Nijni Novqorodda evdə ana və 6 uşağının hissələrə ayrılmış meyiti aşkarlanıb. İstintaq müəyyən edib ki, öldürülənlər Oleq Belovun həyat yoldaşı və 6 uşağıdır. O. Belov saxlanılaraq istintaqa təhvil verilib.