Bakıda iki gün əvvəl dənizdə batan həkimin meyiti tapılıb

Azərbaycan paytaxtında iki gün əvvəl dənizdə batan həkimin meyiti tapılıb. APA-nın məlumatına görə, avqustun 5-də Bakının Binəqədi rayonu, Goradil qəsəbəsi ərazisindəki çimərlikdə batan, 26 yaşlı Anar Ramiz oğlu Mehdiyevin meyiti avqustun 7-də saat 02.00 radələrində Pirşağı çimərliyində aşkar edilib. Meyit ailəsinə təhvil verilib.

Qeyd edək ki, APA A. Mehdiyevin dənizdə batması ilə bağlı avqustun 6-da məlumat yayıb. A. Mehdiyevin həkim olduğu bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31