Slovakiya vətəndaşının pulunu oğurlayan Gəncə sakini tutulub

Gəncədə oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də Slovakiya vətəndaşı Koniq Lyudviq Otto Robertə məxsus 1100 avronu oğurlamış Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Anar Əliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31