Ermənilər Leyla və Arif Yunuslara qahmar çıxdı

Bu gün Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən dövlətə xəyanətdə ittiham olunan iki ər və arvadın - Leyla və Arif Yunusların növbəti məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı cinayətin sübuta yetirildiyini nəzərə alıb Leyla Yunusa 11 il, Arif Yunusa isə 9 il iş istəyib. Və əsl mərəkə də bundan sonra başlayıb. Öncə Leyla Yunusu və onun ərini "xalq diplomatiyası" pərdəsi altında ermənilərlə işbirliyinə, xalqımıza qarşı xəyanətə təhrik edən beynəlxalq təşkilatlar "xoda" düşüb. Human Rights Watch adlı avanturist təşkilat ətəyini başına keçirib Leyla Yunusun azad edilməsi üçün haray-həşir salıb. Gözlənildiyi kimi bu təşkilatın səsinə hamıdan öncə erməni təşkilatları səs veriblər. Erməni mətbuatı Leyla və Arif Yunusların dərhal azad olunmaları üçün kampaniyaya başlamaq təklifini irəli sürüblər. Human Rights Watch-un rəhbəri hər iki şəxsin yaşlı, xəstə olduqlarını nəzərə alıb onları dərhal həbsdən azad etməyi tələb ediblər.

P.S. Maraqlıdır, görəsən Human Rights Watch və buna oxşar təşkilatlar bircə dəfə də olsun Leyla və Arif Yunuslara xəstəlikləri səbəbindən ermənilərlə işbirliyində olmamağı təklif ediblərmi? Əlbəttə, yox. Xəstəlik təkcə "quyruq qapı arasında qalanda" yox, hər zaman yada düşməlidir, ağalar!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31