Antalyada 6 yaşlı azərbaycanlı həlak oldu
5 Avqust 2015 19:08 KriminalTürkiyənin Antalya vilayətinin Kəmər kurortunda oteldə ailəsi birlikdə istirahət edən 6 yaşlı Leyla Rzayeva hovuza düşərək boğulub. Trend-in "Habertürk" qəzetinə istinadən verdiyi məlumata görə, ətrafdakı turistlər tərəfindən hovuzdan çıxarılan uşaq xəstəxanaya yerləşdirildikdən sonra ona ilkin tibbi müayinə göstərilib. Bununla belə, Leylanın həyatını xilas etmək mümkün olmayıb. Leylanın xalası Ramidə Quliyeva bildirib ki, istirahət etdikləri ərazidə heç bir təhlükəsizlik tədbiri görülməyib və otel nümayəndələrindən onlara kömək edən olmayıb. O, otel rəhbərliyindən şikayət edəcəyini də deyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31