Kirli dosye: David Şahnazaryan və Leyla Yunus
Şahnazaryan və Yunusları ovuclarının içərisində saxlayan erməni diasporası Azərbaycanın milli maraqlarına qarşı çıxan “Meydan TV” kimi bir sıra media layihələrinin də müəllifidir
5 Avqust 2015 17:22 KriminalAvqustun 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdi. Məhkəmə bir sıra maraqlı məqamlarla yadda qaldı. Hansı ki, həmin məqamlar Yunusların iç üzünün tamamilə açılması baxımından vacib idi. Məsələn, şahid qismində çıxış edən jurnalist Anna Bartkulaşvili ifadəsində bildirdi ki, Tiflisdə konfransda olarkən Ermənistandan olan Laura Baqrasyan adlı jurnalist ona yaxınlaşaraq L.Yunusla jurnalist kimi əməkdaşlıq etməyi təklif edib. Bundan sonra şahid qismində müstəqil jurnalist kimi fəaliyyət göstərən Əkbər Həsənov ifadə verib. İrəvandakı tədbirlər zamanı Arif Yunusun oranın mühüm diplomatlarından sayılan David Şahnazaryanla sıx əlaqədə olduğunu və tez-tez pıçıldayaraq bir-biriləri ilə əlaqə saxladığını gördüm. Mənə elə gəlirdi ki, elə məhz bu tədbiri David Şahnazaryan təşkil edib". Jurnalist və siyasi analitik Rauf Mirqədirov da məhz Yunusların dəvətilə bir neçə dəfə Ermənistanda olduğunu bildirib.
"Aqos": "Yunusların Şahnazaryanla əlaqələri var"
Son faktlar bəs edir ki, Yunus cütlüyünün hansı kanallar vasitəsilə gəlir əldə etdikləri məlum olsun. Məsələn, bu gün Leyla və Arif Yunusların əsas dəstəkçiləri Türkiyədə nəşr olunan erməni "Aqos" qəzeti və Ermənistanın əsas media qurumlarıdır. Erməni mənbələr xüsusilə də, Leyla Yunusu Ermənistan vətəndaşıymış kimi müdafiə edirlər. Yunusların hər məhkəmə prosesindən sonra bu iki şəxs ətrafında baş verənlər Ermənistan mediasının gündəminə daşınır. Məsələn, "Aqos" qəzeti "Təzyiqlərə qarşı susmadı: Leyla Yunus" başlıqlı yazısında SDİ rəhbərini "qəhrəmanlıq səviyyəsi"nə yüksəldir. Mənbə açıq formada Leyla Yunus və David Şahnazaryanın isti münasibətlərindən yazır. "Aqos" etiraf edir ki, Yunusların Ermənistandakı əsas dəstəkçisi və tərəfdaşı Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri David Şahnazaryandır.
"Meydan TV", Emin Milli, Şahnazaryan və Yunuslar
MTX rəhbəri olarkən David Şahnazaryan Ermənistan hökumətini Azərbaycana dair kəşfiyyat məlumatları ilə "silahlandırılması" işinin əsas fiqurlardan biri idi. Bu baxımdan onun hələ 90-cı illər müharibə xaosunda Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tapusunu Ermənistan Müdafiə Nazirliyinə verən Leyla Yunusa qucaq açması əbəs deyildi. Düşmən tərəf həmişə rəqib cəbhəsində pul müqabilində xəyanətə meylli olan adamları dəyərləndirib. Həddindən artıq pula düşkün olan Leyla Yunus bu baxımdan Azərbaycana dair müəyyən məlumatları David Şahnazaryana satması mümkün məsələdir. Düzdür, bu gün Şahnazaryan Ermənistan MTX-nin rəhbəri funksiyasını yerinə yetirmir, "Həmrəylik" Araşdırmalar Mərkəzi adlı QHT-nin sədridir. Lakin, David Şahnazaryanın təşkilatı xaricdəki erməni diasporası və Qərb ölkələrinin QHT sektoru tərəfindən maliyyələşdirirlir. Yaxın Şərq ölkələri, Gürcüstan, Qırğızıstan və digər regionlarda baş vermiş dövlət çevrilişlərinin spekulyatoru qismində çıxış edən Albert Eynşteyn İnstitutu, Beynəlxalq Respublikaçılar İnstitutu, Milli Demokratiya İnstitutu, Azadlıq Evi ("Freedom House"), Soros Fondu kimi QHT-lərlə geniş əlaqələri var. Şahnazaryan bu təşkilatlarla Leyla Yunus arasında əlaqələndirici şəxs kimi çıxış edib. Ermənistan hakimiyyətinin Qərb ölkələri ilə əlaqələrində mühüm rollardan birini oynayan D. Şahnazaryan Yunusları da bu işə cəlb edərək, radikal Azərbaycan müxalifəti, xüsusilə də AXCP və Milli Şuradan Ermənistanın maraqları yönündə istifadə etməyə çalışıb. Şahnazaryan və Yunusları ovuclarının içərisində saxlayan erməni diasporası Azərbaycanın milli maraqlarına qarşı çıxan "Meydan TV" kimi bir sıra media layihələrinin də müəllifidir. Ermənistana loyal münasibəti olan blogger Emin Millinin "Meydan TV"nin rəhbəri olması da təsadüfi deyil. Məsələn, "Meydan TV"nin loqosu erməni əlifbasında olan hərfləri xatırladan formada yığılıb. Yəni ortada olan fakt və sübutlar Leyla Yunus və həyat yoldaşı Arif Yunusun müdafiə olunması üçün heç bir imkan yaratmır. Mövzuya yenidən qayıdacağıq.
Ömər Zamin