Füzuli rayon prokurorunun köməkçisi tutuldu

Azərbaycanda prokurorluq işçisi saxlanılıb. Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından bildirilib. Məlumata görə, Füzuli rayon prokurorunun köməkçisi Mövsümov Çingiz İsmayıl oğlu vəzifə səlahiyyətlərini aşmaqda və korrupsiyada ittiham olunur. Ç. Mövsümov Baş Prokurorluqda aparılan cinayət işi ilə əlaqədar saxlanılıb.
Füzuli Rayon Prokurorluğundan APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ç. Mövsümov bir müddət əvvəl tutduğu vəzifədən uzaqlaşdırılıb. Onun saxlanılmasının təfərrüatları barədə isə əlavə açıqlama verilməyib. Qeyd edək ki, Ç. Mövsümov Baş Prokurorluğun saytında hələ də Füzuli rayon prokurorunun köməkçisi kimi təqdim olunur.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31