Azərbaycanda qadını şantaj edən şəxs tutulub
5 Avqust 2015 13:44 KriminalAzərbaycanda qadını şantaj edən şəxs tutulub. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qax Rayon Polis Şöbəsi əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini əvvəllər məhkum olunmuş Elxan Bəkirov Qax şəhər sakini 35 yaşlı A.N barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 1500 manat alarkən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31