Günün acı xəbəri: 6 ölü
Azərbaycan Fövqəladə Hallar Nazirliyi ölən şəxslərlə bağlı məlumat yaydı
5 Avqust 2015 11:17 KriminalAzərbaycanda müxtəlif çimərliklərdə batanların sayı çoxalıb.
ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin sayıtna istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda dənizdə 1 nəfər batıb. Dövlət Sularda Xilasetmə Xidmətin xilasediciləri tərəfindən batan şəxsin axtarışlarına başlanılıb.
Xəzər rayonunda isə dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 4 km aralı, nəzarətsiz ərazidə) 1998-ci il təvəllüdlü Bədəlova Leyla Elşad qızının suda batması haqqında məlumat daxil olub. L.Bədəlovanın cəsədi "Nərdaran-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonunda dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 650 metr sağda nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Əliyev Mübariz Məlikağa oğlunun suda batması haqqında məlumat daxil olub. M.Əliyevin cəsədi "Pirşağı" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa Sabunçu rayonunda 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Sumqayıt şəhərində də 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşiv. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Eyni zamanda Sumqayıt şəhərində dənizdə (ən yaxın xilasetmə məntəqəsindən 800-1000 metr aralı nəzarətsiz ərazidə) 1996-cı il təvəllüdlü Həmidov Elnur Etibar oğlunun və 1997-ci il təvəllüdlü Tanrıverdiyev Anar Xalid oğlunun suda batması haqqında məlumat daxil olub. E.Həmidovun və A.Tanrıverdiyevin cəsədləri "Corat" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Sabunçu rayonunda isə 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Abşeron və Qaradağ rayonlarında da 1 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib. Vətəndaş Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas edilib.
Bakının Qaradağ rayonunda dənizdə (nəzarətsiz ərazidə) 1997-ci təvəllüdlü Akın Ərbinin suda batması haqqında məlumat daxil olub. A.Ərbinin cəsədi "Qaradağ-1" sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.