Bakıda banka saxta əsginas vermək istəyən iki qadın saxlanılıb
31 İyul 2015 15:07 KriminalBakıda banka saxta əsginas vermək istəyən şəxslər saxlanılıb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 30-da Nəsimi rayonu ərazisindəki "Unibank"ın Əcəmi filialında, kassada işləyən işçiyə 1 ədəd 50 manatlıq saxta əsginas vermək istəyən Bakı şəhər sakinləri Ofelya Haqverdiyeva və Mətanət Novruzova Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən saxlanılaraq 19-cu Polis Bölməsinə təhvil veriliblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31