Sabirabad və Biləsuvar sakinlərindən 6 kiloqramdan çox narkotik götürülüb

Sabirabad və Biləsuvar sakinlərindən 6 kiloqramdan çox narkotik götürülüb. APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonunda şəhər sakini Fərhad Mürsəlovdan 5 kiloqram 180 qram marixuana götürülüb. Bundan başqa Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar şəhərində şəhər sakini, əvvəllər məhkum olunmuş Etibar Ağayevdən isə 1 kiloqram 30 qram tiryək müsadirə edilib. Hər iki faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31