Bakıda faciəvi olay: özünü avtomobildə öldürdü
Zahir Baxışov intihar etməzdən əvvəl məktub yazıb
31 İyul 2015 13:35 KriminalBakıda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, 1951-ci il təvəllüdlü Baxışov Zahir Abduləzim oğlu Nərimanov rayonu Təbriz küçəsində Zil markalı yük avtomobilində özünü asıb. 64 yaşlı kişinin asılı vəziyyətdəqalmış meyiti avtomobilin yük yerindən tapılıb. İlkin araşdırmalar zamanı intihar etmiş şəxsin cibindən məktub tapılıb. Məktubunda Z.Baxışov intihar etməsinə görə heç kimin günahkar olmadığını, həyatdan bezdiyini qeyd edib. Faktla bağlı cinayətişi açılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31