Maşın bir ailənin üç üzvünü vurub öldürdü

Azərbaycanda dəhşətli yol qəzası baş verib.Bu barədə Lent.az-a Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.
Hadisə dünən Gəncə şəhərində qeydə alınıb. Şəhər ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, qızı Vəfa Vəliyeva və nəvəsi Xatun vurulub. Nəticədə hər üç piyada aldıqları xəsarətlərdən hadisə yerində dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31