Tibb Universitetindəki yanğının səbəbləri araşdırılır
1 Oktyabr 2012 16:12 KriminalPaytaxtın Nəsimi rayonunda, Azərbaycan Tibb Universitetinin tikilməkdə olan yeni binasında baş verən yanğınla bağlı araşdırmalar aparılır. Bu barədə "OLAYLAR"a Nəsimi rayon Polis İdarəsindən məlumat verilib. Məlumata görə, hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyi və rayonun hüquq mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar. Hələlik yanğın hadisəsinin səbəbləri məlum deyil. İdarədən bildiriblər ki, araşdırmalar başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31