ARDNŞ Bakıdakı zavodda partlayışla bağlı yayılan məlumatlara aydınlıq gətirdi

ARDNŞ Heydər Əliyev adına BNEZ-də partlayışla bağlı yayılan məlumatlara aydınlıq gətirib

ARDNŞ-ın rəsmi saytının verdiyi məlumata görə, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun 55 saylı katalitik krekinq qurğusu sentyabrın 28-dən təmirə dayandırılmışdır.Təmir prosesində sistemdəki qaz boşaldılan zaman borunun içərisində olan kükürdlü birləşmələrin hava ilə təması nəticəsində bir qayda olaraq borunun ağzında yüngül partlayış görüntüsü yaranır. Odur ki, təmir zamanı yanğınsöndürən maşınların qurğunun yanında növbə çəkməsi texnoloji prosesin tərkib hissəsidir. Oktyabrın 1-də 55 saylı qurğunun məşəl xəttində siyirtmənin dəyişdirilməsi zamanı belə bir gurultu qeydə alınmışdır. Buna baxmayaraq, ətraf mühitə və insanlara heç bir ziyan dəyməmiş, yanğın baş verməmişdir.Qurğuda təmir işləri davam etdirilir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31