Sumqayıtda FACİƏ: tanışlarını xilas etmək istədi, özü də boğuldu
Hadisə barədə Daxili İşlər Nazirliyi məlumat yayıb
30 İyul 2015 14:43 KriminalSumqayıtda 2 nəfər dənizdə boğulub. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, iyulun 29-də Sumqayıt dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını gördüyündən onları xilas etməyə cəhd göstərib. Nəticədə N.Musayeva və Q.Muradov boğulub, xilas edilən Gülbəniz isə xəstəxanaya yerləşdirilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31