Evi yandı və özü də xəsarət aldı

Bu gün səhər saatlarında Quba rayonunun 1-ci Nügədi kəndində qaz sızması səbəbindən sakinə məxsus həyətdəki yardımçı binada partlayış olub. OLAYLAR" rtv.az-a istinadən məlumat verir ki, partlayış nəticəsində yarımtikilini alov bürüyüb.Bu zaman içəridə olan 40 yaşlı kənd sakini Elman Mirzəyev ciddi yanıq xəsarətləri alıb. O təcili Quba MRX-na çatdırılıb. Elman Mirzəyevə 3-cü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib. İlkin tibbi yardımdan sonra yaralının vəziyyəti ağır olduğundan o, Bakıda yerləşən tibb müəssisələrindən birinə göndərilib. Ərazidə yanğının söndürülməsini Quba YMH-nin yanğınsöndürən maşınları və şəxsi heyəti həyata keçirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31