Azərbaycanda kişi arvadını və özünü güllələdi
29 İyul 2015 19:15 Kriminalİyulun 28-də Sabirabad rayonunun Ulacalı kənd sakini Azad Alışov yaşadığı evdə ailə-məişət münaqişəsi zəminində tüfəngdən açdığı atəşlə arvadı Sədaqətə, sonra özünə xəsarət yetirib. Modern.az saytı DİN mətbuat xidmətinə istinadən bildirir ki, onların hər ikisi xəstəxanaya yerləşdirilib. Zaqatala RPŞ əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd "İJ" markalı tüfəng götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31