Sumqayıtda kafe partladı
29 İyul 2015 18:58 KriminalSumqayıtda partlayış baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, iyulun 28-də saat 19 radələrində Sumqayıt şəhərinin H.Zeynalabdin qəsəbəsində qəsəbə sakini Asiman Tağıyevə məxsus kafedə qaz balonunun nasazlığından yanğına keçən ani partlayış baş verib. Nəticədə kafenin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarəti almış A.Tağıyev xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31