Bakıda daha bir fövqəladə xəbər - Partlayış

Heydər Əliyev adına Neft Emalı zavodunda güclü partlayış olub, ölənlər, yaralananlar var. Bu barədə hadisə yerində olan əməkdaşımız Röya Rəfiyeva məlumat verib.Reportyorumuzun sözlərinə görə, hazırda o, zavodun önündədir, partlayışdan sonra əmələ gəlmiş yanğının lokallaşdırılması prosesi gedir, jurnalistləri içəriyə buraxmırlar, şəkil çəkməyə qoymurlar, təxliyə edilən fəhlələr yaxınlıqdakı parka daşınıb.İlkin məlumata görə, partlayış zamanı 10-a yaxın adam ya ölüb, ya da ciddi xəsarət alıb. Hazırda FHN-nin xilasediciləri və yanğınsöndürənləri hadisə yerində çalışırlar.musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31