Azərbaycanda bank müdiri pul oğurlayıb ölkədən qaçdı
29 İyul 2015 12:06 KriminalAzərbaycanda bank müdiri külli miqdarda vəsaiti oğurlayaraq ölkədən qaçıb.Həmin şəxs "TuranBank"ın Cəlilabad filialının rəhbəri Fərid Məmmədovdur. Belə ki, filial rəhbəri bir neçə ay əvvəl 450 min manata qədər vəsaiti başqalarının adına kreditləşdirib. Daha sonra isə pulları mənimsəyərək ölkədən çıxıb.Əslən Biləsuvar rayonundan olan Fərid Məmmədov sözügedən vəsaiti elə öz yerlilərinin adına sənədləşdirib.Yayılan bəzi məlumatlara görə isə o, mənimsədiyi pulu Azərbaycanda qoşulduğu qumar oyunlarında uduzub və məhz bundan sonra ölkədən qaçıb.Hazırda hadisə ilə bağlı araşdırma gedir, Fərid Məmmədov axtarılır. (Qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31