Gömrükçülərimiz əl yüklərindən narkotik tapıb
28 İyul 2015 12:59 KriminalBiləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan Azərbaycana piyada gələn Etiram Əliyevin çantasına baxış zamanı çantadan 1 ədəd bükümdə, xalis çəkisi 2,73 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar olunub. Lent.az Gömrük Komitəsinin saytına istinadən xəbər verir ki, Astara Gömrük İdarəsini də qadağan olunmuş maddənin ölkəyə gətirilməsinin qarşısını alıb. Belə ki, idarənin sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycana piyada gələn Mahir Sadıqovun əl yüklərinə baxış zamanı təsiredici maddəsinin xalis çəkisi 4,0 qram olan 100 ədəd narkotik vasitə - metadon aşkar edilib.
Hər iki faktla bağlı təhqiqat aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31