İki ay əvvəl ərindən boşanan Ağdam sakini intihar edib
27 İyul 2015 18:40 KriminalAğdamda intihar hadisəsi qeydə alınıb. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun işğal altında olan Tərneft kəndindən məcburi köçkün, 1991-ci il təvəllüdlü İbrahimova Zənurə Araz qızı yaşadığı evdə özünü asıb. Onun əsəb xəstəsi olduğu bildirilir. Z. İbrahimova ailəli olub, iki ay əvvəl isə boşanaraq rayon ərazisində məcburi köçkünlər üçün salınan İmamqulubəyli-1 köçkün qəsəbəsində yerləşən ata evinə qayıdıb. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31