75 yaşlı qadın su kanalında batdı

Qazax rayonunda bədbəxt hadisə baş verib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 26-da Qazax rayonunun Qarapapaq kəndində kənd sakini, 75 yaşlı Tamella Babayeva ehtiyatsızlıqdan su kanalına yıxılıb. T.Babayevanın meyiti Ağstafa rayonunun Dağ Kəsəmən kəndində sudan çıxarılıb.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31