Bu il 209 məmurla bağlı 114 ciunayət işinin istintaqı yekunlaşıb - AÇIQLAMA
1 Oktyabr 2012 13:49 Kriminal2012-ci ildə Azərbaycanda korrupsiya ilə bağlı 209 nəfər vəzifəli şəxs barəsində 114 cinayət işinin istintaqı yekunlaşıb. OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, həmin işlər baxılması üçün məhkəmələrə göndərilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin icraatında 94 cinayət işinin istintaqı davam etdirilir. İdarə əməkdaşları tərəfindən keçirilmiş 29 əməliyyat tədbiri nəticəsində korrupsioner məmur cinayət başında yaxalanaraq məsuliyyətə cəlb olunub. Bu vaxta qədər korrupsiya ilə əlaqədar açılmış "Qaynar xətt"ə 4 minə yaxın müraciət daxil olub. Mindən artıq müraciət sahibinin müraciəti müsbət həll olunaraq hüquqları bərpa olunub".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31