Tibb Universitetində yanğın davam edir VIDEO
1 Oktyabr 2012 13:26 KriminalTibb Universitetinin yeni tikilən korpusunda yanğın başlayıb. Nəsimi rayon Polis İdarəsinin 20-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, bu gün saat 12.00 radələrində Ə. Qarayev adına 2 saylı Uşaq Xəstəxanasının həyətində, Cərrahiyyə Fakültəsi üçün yeni tikilən korpusunun ikinci və 4-cü mərtəbələrində yanğın baş verib.
Hadisə yerinə biri neçə yanğınsöndürən briqadası cəlb olunub, hazırda yanğının qarşısının alınmasına səy göstərilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31