82 yaşlı Bakı sakini Xaçmazda qəzaya düşdü
1 Oktyabr 2012 13:26 Kriminal82 yaşlı Bakı sakini Xaçmazda yol qəzasının qurbanı olub. Hadisə Gəndob-Yalama yolunun 22-ci km-də, Xaçmaz rayonunun Mehrəliqışlaq kəndi ərazisində baş verib. OLAYLAR" rtv.az-a istinadən məlumat verir ki, 36 yaşlı Xaçmaz rayonu, Laman kənd sakini Səfərov Araz Cəlal oğlu idarə etdiyi 56-BD-638 dövlət nömrə nişanlı, "VAZ 21 099" markalı avtomaşınla Xaçmazdan Bakı istiqamətində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada 82 yaşlı Bakı şəhər sakini Üzeyirov Zərbalı Seyfəddin oğlunu vurub. Zərbalı Üzeyirov hadisə yerində dünyasını dəyişib. Mərhum Xaçmaz rayonuna qohumlarının toy məclisində iştirak etmək üçün gəlib. Elə hadisə də o, toydan çıxıb evə getmək istəyərkən baş verib. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi açılıb.