Göyçayda 6 nəfərdən külli miqdarda narkotik götürülüb

Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə əməliyyat tədbirləri həyata keçirilib, 6 nəfər narkotik vasitələrin əldə edilməsi, saxlanılması və satışına görə tutulub. APA-nın yerli bürosunun xəbərinə görə polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılan Göyçay sakini 1972-ci il təvəllüdlü Ehtiram Orucovdan 5.350 qram, 1993-cü il təvəllüdlü Elvin Usubovdan 1.143 qram tiryək, 1989-cu il təvəllüdlü Cavid İsmayılovdan 8.35 qram və Azad Mürsəlovdan 11.41 qram qurudulmuş marixuana götürülüb. Həmçinin, rayon sakini 1988-ci il təvəllüdlü Musayev Sahib Seyfəddin oğlu naməlum mənbədən əldə etdiyi 6.73 qram qurudulmuş marixuanadan 0.86 qramını həmyerlisi Tarverdipur Təbriz Fərhad oğluna satarkən tutulub. Rayonun Potu kənd sakini Umudov Rauf Ağaisa oğlunun yaşadığı evin həyətinə baxış keçirilərkən oradan 6 ədəd çətənə kolu və ümumi çəkisi 5 kq 645 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktlarla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31