DVD-yə görə türmədən çıxan qaynını öldürən şəxsə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Əfqan Yusubovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ə. Yusuov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, qətl hadisəsi bu il fevralın 10-da, Biləcəri qəsəbəsi, M.Aslanov küçəsində baş verib. Əfqan Yusubovla qaynı Vüqar Salmanov arasında mübahisə düşüb. Mübahisə zamanı Ə.Yusubov qaynına bıçaqla zərbə endirib. Yaralı ailə üzvlərinin köməkliyi ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, yeznə ilə qayın arasında mübahisə DVD üstündə yaranıb. Belə ki, mərhum Vüqar Salmanov yeznəsi Əfqan Yusubova DVD satıb. Amma Ə.Yusubov aldığı əşyanın pulunu vermədiyi üçün aralarında mübahisə düşüb. Yaranmış mübahisə isə qansız ötüşməyib. Onu da qeyd edək ki, mərhum V.Salmanov əvvəllər məhkumluq həyatı yaşayıb. Hadisədən bir müddət öncə azadlığa buraxılıbmış.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31