Qusar sakinində odlu silah aşkar edilib
24 İyul 2015 15:03 KriminalQusar sakinində odlu silah və narkotik vasitə aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avaran Qışlaq kənd sakini Xıdırnəbi İsmayılovdan "FEG-37M" markalı tapança, 4 ədəd patron və 3 qram heroin götürülüb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31