Liftdə qalmış 5 nəfər xilas edilib
24 İyul 2015 12:06 KriminalFövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda yaşayış binasının liftində 5 nəfər köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, dərhal hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb edilib. Xilasedicilər liftin qapılarını açaraq vətəndaşların liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat gecə saat 03:09-da başa çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31