Şəmkirdə istixana yanıb

Şəmkir şəhərində vətəndaşa məxsus istixanada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 400 kv.m olan istixananın polietilen örtüyü 40 kv.m sahədə və istixananın ətrafında 70 kv.m sahədə kol-kos yanıb. İstixananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31