Bakı şəhər Baş Polis idarəsi və şəhər prokurorluğunun məlumatı

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın həmin ünvanda qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək xəsarət alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmiş və digər zəruri istintaq hərəkətləri yerinə yetirilmişdir. Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31