Həşiş qətranı aşkar edilib

Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-nəzarət məntəqəsi əməkdaşlarının əməliyyat məlumatı əsasında, Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran İslam Respublikası ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşı Bəxtiyar Nəcəfovun idarə etdiyi "MAN" markalı yük avtomobilinə baxış küçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxış zamanı avtomobilin qoşqusunun alt tərəfindən, aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, xalis çəkisi 59,80 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31