Avtoqəzada ölən və yaralanan var

Lənkaran şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Lənkəran rayonun Gəgiran kəndində, kənd sakini Zahir Əliyev idarə etdiyi "QAZ-66" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Mustafa Axundov hadisə yerində ölüb, digər sərnişini Qurban Əhmədzadə xəstəxanaya yerləşdirilib. Lənkaran ŞRPŞ tərəfindən araşdırma aparılır. Qəbələ rayonunun Dızaxlı kəndində, rayon sakini Samir Şirinov idarə etdiyi "VAZ-21011" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən Dəyanət Şirinov hadisə yerində ölüb. Qəbələ RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31