Bakı sakinindən marixuana götürülüb
23 İyul 2015 17:10 KriminalDİN-dən verilən məlumata görə, Yasamal RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Malik Mailovdan 480 qram marixuana götürülüb. Ağdaş RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Dəhnəxəlil kənd sakini Zakir Zakirova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş çəkisi 11 kiloqram 755 qram olan çətənə kolları aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31