Bələdiyyə sədrinin otel otağında meyiti tapıldı
23 İyul 2015 15:08 KriminalRusiyanın vəzifəli şəxsi Türkiyədə ölü tapılıb. Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Rusiyanın Tver vilayətinin Vışni Valaçok Bələdiyyəsinin sədri Pantyuşkin Antalyanın Kəmər bölgəsindəki otellərin birində ölü tapılıb. Məlumata görə, Kəmərə istirahət etmək üçün gedən bələdiyyə sədrindən dostları xəbər ala bilməyib. Buna görə dostları polisə və otel rəhbərliyinə müraciət edib. Müraciət əsasında aparılan əməliyyatda Pantyuşkinin meyiti otağında tapılıb. Bələdiyyə sədrinin cəsədi ekspertiziya verilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31