Sumqayıtda baş verən partlayışla başlı günahkar şəxslər müəyyənləşdirilir

Sumqayıtda "Azərbaycan Məişət Malları" zavodunda baş vermiş partlayışda günahı olan şəxslər məsuliyyətə cəlb ediləcək. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Zakir Qaralov deyib. Onun sözlərinə görə, zavodda çox ciddi şəkildə yanğın təhlükəsizlik qaydaları pozulub. Zakir Qaralov bildirib ki, zavoddakı çənlərin təmirinə cəlb edilmiş qaynaqçılar həmin müəssisənin əməkdaşları olmayıb, kənardan gətiriliblər: " İstintaq hazırda həmin işlə bağlı təyin edilmiş ekspertizaların nəticələrini gözləyir. Ağır nəticələrə səbəb olmuş bu hadisədə məsuliyyəti olan konkret şəxslər məsuliyyətə cəlb olunacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31