Bərdə sakini yarım milyonluq dələduzluq edib
23 İyul 2015 14:28 KriminalBakı sakini külli miqdarda dələduzluğa məruz qalması ilə bağlı polisə müraciət edib. Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, 1960-cı il təvəllüdlü İlqar Mürşüd oğlu Məmmədov Nərimanov Rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək, ötən ilin sentyabr ayından bu ilin yanvar ayına qədər Bərdə rayon sakini, Qərib Valeh oğlu Təhməzov onun etibarından sui-istifadə edərək 553 min manatı alaraq qaytarmadığını bildirib.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31